Yaponiyada Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb

Bakı, 17 iyun, AZƏRTAC

Tokioda yeni diaspor təşkilatı – Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyası yaradılıb. Yaponiyanın Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Assosiasiyanın qurulması zərurətindən danışan Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyası yaradılıb. Əlibəy Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda, biznes sahəsində gözəçarpan işlərin görülməsi, Yaponiyanın kiçik və orta sahibkarlarının Azərbaycana böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. O deyib ki, yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb.

Yeni diaspor təşkilatının yaradılmasında əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları – İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digərləri yaxından iştirak ediblər.

Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda, “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirib. O, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib.

Digər iş adamı Yoşinobu Kanayama isə vurğulayıb ki, biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss ediblər. Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar veriblər.

Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis Hirokazu Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Təşkilat rəhbəri Əlibəy Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yeni diaspora

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。