ABŞ-ın Nevada ştatında beynəlxalq elmi konfrans keçirilib TƏDBİRDƏ HƏMYERLİMİZ ƏLİBƏY MƏMMƏDOV DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÇIXIŞ EDİB

16 Aprel 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Nevada ştatının Reno şəhərində Qərb Sosial Elmləri Assosasiyasının 58-ci Beynəlxalq Konfransında Dağlıq Qarabağla bağlı elmi çıxış etdim. Bu fəaliyyətimi Azərbaydan mətbuatı kifayət qədər işıqlandırdı və diqqət mərkəzində saxladı. Aşağıdakı yazı 525-ci qəzetin 19 Aprel sayında çapdan çıxdı.

Another article about my paper (Nagorno-Karabakh issue) that I presented in USA last week on the elite (525) newspaper of Azerbaijan. 先週、国際学会(ネヴァダ州リノ市)での報告(ナゴルノ・カラバフ問題)について、アゼルバイジャンのエリートが愛読中の525新聞で記事が出ました。

………………………………………………………………………………………………………………….

ABŞ-ın Nevada ştatında beynəlxalq elmi konfrans keçirilib

TƏDBİRDƏ HƏMYERLİMİZ ƏLİBƏY MƏMMƏDOV DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÇIXIŞ EDİB

 

Aprelin 13-16-da Amerika Birləşmiş Ştatlarının Nevada ştatının Reno şəhərində Qərb Sosial Elmləri Assosiasiyasının 58-ci Beynəlxalq Konfransı keçirilib.

Tədbirdə dünyanın əksər ölkələrindən, ümumilikdə 900 nəfər elm adamı iştirak edib.

Azərbaycan da bu, nəhəng elm konfransında təmsil olunub. Yaponiyanın Hokkaydo Universitetində sərhəd araşdırmaları üzrə elmi tədqiqatlar aparan, doktorant tələbə, universitetin xarici tələbələr assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov rəsmi təmsilçilər arasında olub.

Ə.Məmmədov, aprelin 16-da Qərb Sosial Elmləri Assosiasiyasının nəzdində təşkil olunan Sərhəd Araşdırmaları Assosiasiyasının 33-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş çıxış edib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” adlı təqdimatla çıxış edən Ə.Məmmədov qeyd edib ki, elm dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.

Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli konflikt olduğunu vurğulayıb.

Ermənistan və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında məlumat verdikdən sonra o bildirib ki, münaqişə nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur edilib.

O vurğulayıb ki, ermənilər təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal ediblər:

“Bütün bu ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycanın sərhədləri tərkibində göstərirlər. Buna baxmayaraq Ermənistan silahlı qüvvələri de-fakto regiona nəzarət edirlər. Bu qəbuledilməzdir. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər.

525 Dağlıq Qarabağ aprel 2016
525-ci qəzet, 19 Aprel 2016-cı il buraxılışı

1994-cü ilin may ayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında 2000-dən çox insanın həlak olduğu bildirilir. Belə olan halda atəşkəsin həqiqətən də qüvvədə olduğunu söyləmək olarmı? Təbii ki, yox”.

Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan aprel ayının ilk günlərində baş vermiş hadisələrə toxunan Ə. Məmmədov qeyd edib ki, Azərbaycan 22 ildən sonra ilk dəfə status-kvonu öz xeyrinə dəyişməyə nail olub:

“Bu böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi faktiki olaraq psixoloji üstünlüyü öz əlinə almağı bacarıb.

Ermənistan tərəfi işğal etdiyi bəzi strateji mövqeləri itirmək məcburiyyətində qalıb. Hal-hazırda danışıqların nəticə verəcəyinə böyük ümid bəslənilir”.

Qeyd edək ki, Ə. Məmmədov ötən ilin dekabr ayında Yaponiyanın Hokkaydo Universitetində təşkil edilmiş “Hokkaydo Mərkəzi Avrasiya” elmi konfransının 121-ci sessiyasında da oxşar mövzu ilə Yaponiya elm dünyası üçün çıxış edib.

Ceyhun ABASOV

////////////////////////////////////////////////////////////////////////////

Qeyd: Mətnin müəlliflik hüququ 525-ci qəzetə məxsusdur. İstifadə edilərkən 525-ci qəzetə istinad edilməldir.

http://525.az/site/?name=xeber&news_id=55477

 

wp-1460937449646.jpeg
Reno, Nevada, USA. 16.04.2016

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。