ABŞ-da beynəlxalq elmi konfransda azərbaycanlı doktorantın Dağlıq Qarabağla baglı məruzəsi dinlənilib

OLYMPUS DIGITAL CAMERA
ABŞ-ın Nevada ştatının Reno şəhərində beynəlxalq elmi konfransda Dağlıq Qarabağla bağlı məruzə ilə çıxış edərkən. 16 Aprel 2016-cı il. Photo taken by Naomi Chi.

Tokio, 17 aprel, AZƏRTAC.

Aprelin 13-dən 17-dək ABŞ-ın Nevada ştatının Reno şəhərində Qərb Sosial Elmlər Assosasiyasının (WSSA) 58-ci illik konfransı keçirilib. Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov təmsil edib.

Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 33-cü sessiyasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış edib. Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.

Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona de-fakto Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir.

Diqqətə çatdırılıb ki, 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında iki mindən çox insanın həlak olub. Ermənistan Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququna malik olduğunu əsas götürür. Rəsmi Bakı isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.

Ə.Məmmədov Cerard Toal və Con Olouqlinin 2011-ci ildə Dağlıq Qarabağın erməni əhalisi ilə apardıqları sorğuların nəticələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ölkəmizin regionlarında təşkil etdiyi sorğuların (2013-cü il) icmalını verib. Həmyerlimiz, eyni zamanda, 2015-ci ilin sentyabrında Bakıda və Bərdədə 200 məcburi köçkün arasında apardığı sorğunun nəticələri ilə bağlı da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Şuşa Dağlıq Qarabağın qəlbidir. Rəsmi rəqəmlərdə göstərilir ki, 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Ə.Məmmədov bildirib ki, Dağlıq Qarabağda olan yeganə hava limanı məhz burada yerləşirdi. Vurğulanıb ki, hazırda məsələni sülh yolu ilə həll etmək çox çətindir. ATƏT-in Minsk qrupunun təklifləri ilə hər iki tərəfin insanlarının düşüncələri arasında böyük fərqlər mövcuddur.

Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan, aprelin ilk günlərində baş vermiş hadisələrə toxunan Ə.Məmmədov qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı hər iki tərəf itki verib. Nəticədə Azərbaycan 22 ildən sonra ilk dəfə hərbi status-kvonu öz xeyrinə dəyişməyə nail olaraq, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi işğaldan azad edib. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi, eyni zamanda, faktiki olaraq psixoloji üstünlüyü ələ almağı bacarıb. Ermənistan tərəfi isə bir çox vacib mövqeləri itirib. Hazırda siyasi status-kvonun dəyişməsinə də böyük ümid var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

///////////////////////////////////////////////////////////

Məlumat Azərtac məxsusdur. İstifadə zamanı aşağıdakı linkə istinad edilməlidir.

http://azertag.az/xeber/943711

 

wp-1460937449646.jpeg
ABŞ-ın Nevada Ştatı, Reno şəhəri. Dağlıq qarabağla bağlı elmi çıxış edərkən.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。