Novruz bayramı təbriki

Əziz həmvətənlərim,
 
Sizi Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, evinizə ruzi-bərəkət, ailə səadəti, can-sağlığı və işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.
 
Novruz bayramı hər zaman ən sevdiyim bayramlardan birincisi olub. Düzdür son illər keçirilən bayramlarda səmimiyyətdən çox rəsmiyyət özünü göstərsə belə, bu bayram hər birimizi birləşdirən daha bir səbəbdir.
 
Novruz bayramı təkcə Azərbaycanın ölkə daxilində deyil, xaricdə dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz arasında da böyük can fəşanlıqla qeyd edilməkdədir.
 
Azərbaycan diasporunun güclü olduğu dövlətlərdə bunun canlı şahidi oluruq. Əfsuslar olsun ki, Yaponiyada fəaliyyət göstərən güclü diaspor təşkilatımız olmadığına görə burada böyük miqyasda bayram keçirmək mümkün olmur.
 
Amma mən inanıram ki, bir gün Yaponiyada da Azərbaycanımızın güclü diaspor təşkilatı olacaq və bütün Azərbaycanlıları bir arada toplayacaq.
 
Ən xoş arzularla,
 
20 Mart 2016-cı il
Əlibəy Məmmədov
Tokyo
alibay 1

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close