Kim olmaq istəyirsən? Axmaq yoxsa Qalib?
Güclü rəqiblərə necə qalib gəlmək olar?
Bunun yollarını heç axtarmısanmı? Bu haqda heç düşünmüsənmi?
Məğlub olmaqdan qorxursan? Qələbə qazanmaqdan qorxursan?
Birinci olmaqdan qorxursan? Axırıncı olmaqdan qorxursan?
Qorxaraq sən heç zaman qalib ola bilmərsən. Qorxularına qalib gələ bilmərsən.
Qorxunun üzərinə getməlisən. Onu məhv etməlisən yoxsa o səni məhv edəcək. O hər zaman hazırlıqlıdır? Bəs sən necə?
Öz üzərində işləyirsənmi? Dayanmadan, durmadan məşğul olursanmı?
Kimsən sən? Qorxaq? Axmaq yoxsa Qalib?
İşlə öz üzərində. Dayanmaq olmaz. Durmaq olmaz. Dincəlmək olmaz. Sənin istirahətin olmamalıdır.
Məğlubiyyətdən qorxursan?
Qətiyyən qorxma. Qoy sənə qalib gəlsinlər gücləriylə, texnikalarıyla, təcrübələriylə, vəzifələriylə. Amma iradələriylə deyil. İradənin məğlub olmasına imkan vermə.
Texnikaya, təcrübəyə, gücə, vəzifəyə öz üzərində işləməklə hər zaman nail ola bilərsən.
Amma iradənin məğlub olmasına qətiyyən imkan vermə. Təslim olma. Qoy səni vursunlar, döysünlər, məğlub etsinlər, şanslarını əlindən alsınlar, üzünə gülüb ayağının altını qazsınlar. Amma qətiyyən təslim olma. İradənə güvən. İradənlə qalib gəl. Ruhi gücünü göstər. Ruhu gücünlə qalib gəl.
İradən varsa, bu həyatda istənilən məqsədə çata bilərsən. Hətta ağlına belə gətirmədiyin yerlərə gələ bilərsən. Sadəcə özünə güvən, iradənə güvən, dayanmadan öz üzərində işlə, durma, dayanma, sənin istirahətin olmamalıdır. Bacardığın qədər çox irəli get. Durma, dayanma, daha da irəli get. Səni yıxmağa çalışacaqlar, şanslarını əlindən almağa çalışacaqlar. Amma durma, təslim olma. Daima irəli.
Bu həyatda istəyin nədir? Kimsən sən? Kimin üçün və ya nə üçün vuruşursan? Nə əldə etmək istəyirsən?
Diqqətini cəmlə, prioritetlərini təyin elə, lazımı və həlledici ana özünü hazırla, özünə güvən və sən qarşısıalınmaz olacaqsan.
Əlibəy Məmmədov
14 Fevral 2016
Tokyo