Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı və qarşıdan gələn yeni iliniz mübarək olsun.
Bu il ərzində bir çox insanların yardım əlini hiss etdim. Üzdə edə bilməyib, qəlblərində mənə dəstək nümayiş etdirənləri də gördüm. Buradan hər birinə minnətdarlığımı bildirmək istəyirəm.
Mənim üçün, 2015-ci il çox uğurlu keçdi. Hokkaydo Universitetində magistraturanı uğurla bitirib, inamla doktorantura pilləsinə irəliləyə bildim. Eyni zamanda, Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasına ikinci müddətə prezident seçildim. Bunun sayəsində, universitetimizin tələbələri ilə universitet rəhbərliyi, şirkətlər və Sapporo şəhər ziyalıları arasında körpü rolunu oynamağı bacardım.
Üstəlik, Yaponiyada fəaliyyət göstərən azərbaycanlı kimi bir çox məqamlarda ölkəmizi təmsil etmək, təbliğ etmək şansları əldə etdim. Azərbaycanda da mediada fəaliyyətim dəfələrlə işıqlandırıldı.
Əlbəttə, uğurlarımın sayı o qədər də çox olmasa belə, bütün bu nəticələri əldə etməyim hamısı Sizlərin, ətrafımda olan insanların əməkdaşlığı sayəsində mümkün olmuşdur. Sizlərin yardımı, əməkdaşlığı, dəstəyi olmasa idi, bunları əldə edə bilməyəcəkdim.
Bu yay, sevdiyim qadınla ailə həyatı qurmağımla da əlamətdar oldu. 2016-cı ildə ev işləri və övladlarımızın tərbiyəsi ilə məşğul olmaq nəsibimiz olsun.
2016-cı ildə də Sizlərin dəstəyinə və yardımına böyük ehtiyacım var. Bunu məndən əsirgəməyin.
Hörmətlə, Sizin Əlibəy Məmmədov
Tokyo
31 Dekabr 2015-ci il
