Azərbaycan Yaponiyada Beynəlxalq Mədəniyyət Festivalında

TƏDBİRDƏ ÖLKƏMİZİ HOKKAYDO UNİVERSİTETİNDƏ TƏHSİL ALAN ƏLİBƏY MƏMMƏDOV VƏ QABİL ƏLİYEV TƏMSİL EDİB

OLYMPUS DIGITAL CAMERA
Azərbaycanı Yaponiyada Beynəlxalq Mədəniyyət Festivalında təmsil edərkən. Bayrağımız daha bir zirvədə dalğalandı.

Dekabrın 19-da Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Qeyd edək ki, sözügedən festival hər yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının (HUISA) təşkilati dəstəyi və sponsorluğu ilə keçirilir. Hokkaydo Universitetində 1822 xarici tələbə təhsil alır ki, bunlardan cəmi ikisi azərbaycanlıdır. Onlardan biri isə məhz sözügedən Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədovdur.

Əlibəy Məmmədov 2014-cü il may ayının 15-də ilk dəfə, 2015-ci il aprel ayının 23-də isə ikinci müddətə universitetin xarici tələbələri tərəfindən assosiasiyanın prezidenti seçilib. Onun sözlərinə görə, hər il sözügedən mədəniyyət festivalında bir-birindən gözəl, möhtəşəm çıxışları izləmək üçün yüzlərlə insan festivala qatılır. Bu il Sapporo şəhər İcra Hakimiyyətindən yüksək vəzifəli şəxslərin və şəhər ziyalılarının festivalı izləməyə gəlməsi ilə də yadda qalan olub.

Beynəlxalq Mədəniyyət Festivalı Hokkaydo Universitetinin dəstəyi ilə ötən il olduğu kimi bu ildə universitetin ən gözəl və geniş zallarından biri olan, eyni zamanda, ən müasir tələblərə cavab verən “Klark” zalında təşkil olunub. Əlibəy Məmmədov qeyd edib ki, bu zalda festivalı keçirmək üçün hələ ötən ildən universitet rəhbərliyinə müraciət edilib. İştirakçılar öz milli geyimlərində çıxış ediblər. Ən çox maraq dairəsində olan çıxışlar isə milli rəqslər və milli musiqilər olub.

Əlibəy Məmmədovun sözlərinə görə, bu il festivalın səviyyəsini daha da artırmaq məqsədilə Sapporo Ohdori Lions Club və Hokkaydo Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin üzvlərindən ibarət münsiflər heyəti təşkil olunub və maraqlı çıxışları ilə seçilən iştirakçılara pul mükafatları da təqdim edilib. Bundan əlavə, iştirakçılara yüksək keyfiyyətli, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının, Hokkaydo Universitetinin, Sapporo Ohdori Lions Club-un loqosu da daxil olan xüsusi sertifikatlar təqdim edilib.

Ə.Məmmədov qeyd edib ki, o festivalın təşkilati işləri ilə həddindən artıq məşğul olsa da, festivalda Azərbaycan rəqsləri ilə bağlı xüsusi çıxış edib. Əvvəlcə Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti kimi 2015-ci ildə əldə etdiyi uğurlardan danışan həmyerlimiz bildirib ki, 2015-ci ildə ilk böyük işləri cari ilin fevral ayında Sapporo şəhərində keçirilən və 1 həftə ərzində 2 milyondan çox turistin qatıldığı Sapporo Beynəlxalq Qar Festivalında tarixdə ilk dəfə olaraq Azərbaycanın təmsil olunması olub.

Ə. Məmmədov qeyd edib ki, Yaponiyada Qar Festivalında Azərbaycanın təmsil olunması bir tarixi hadisə idi.

Universitetin xarici tələbələri, məktəblilər, şəhər ziyalılarının yaxından iştirakı və Sapporo Ohdori Lions Clubun maliyyə dəstəyi ilə12-ci əsrin tarixi abidəsi sayılan Qız Qalası və Azərbaycanın milli geyimlərində olan həmyerlilərimizin qarda heykəlcikləri hazırlanıb.

Qeyd edək ki, Qız Qalası və Milli geyimlərin qardan heykəlciklərinin hazırlanması təşəbbüsü ilə həmyerlimiz Ə.Məmmədov hələ 2014-cü ilin oktyabr ayında çıxış edib.

525 Azer. Beyn. Med. Fes.
525-ci qəzetin 23 Dekabr 2015-ci il nəşrindən

Ə. Məmmədov çıxışının ikinci hissəsini Azərbaycan toylarının ayrılmaz bir parçasına çevrilən “Naz eləmə” rəqsinə yönəldib. O izləyicilərə “Naz eləmə” rəqsi haqqında açıqlama verərək, onun Azərbaycan cəmiyyətində olan yerindən söz açıb. Rəqslə bağlı professional video nümayiş etdirilib. O qeyd edib ki, çıxış bitdikdən sonra bir çox insanlar Azərbaycan rəqsləri ilə bağlı öz xüsusi maraqlarını ifadə ediblər. Onların içərisində Azərbaycana getmək istədiklərini bildirənlər də az olmayıb.

Hokkaydo Universitetinin Biznesin İdarəsi və Menecment fakültəsi üzrə magistr təhsili alan digər həmyerlimiz Qabil Əliyev Beynəlxalq Mədəniyyət Festivalında uğurla çıxış edərək Azərbaycan musiqisi haqqında ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan musiqisinin kökləri qədim dövrlərə dayanır: “Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq, Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar var. Bundan əlavə Azərbaycanın klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətinin əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar arasında Qarabağ xanəndələrinin xüsusi yeri var. Mirmövsüm Nəvvab, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül və digərlərinin adlarını çəkmək olar.”

Daha sonra Q.Əliyev “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti haqqında məlumat verib, xalq musiqisindən danışıb. O Azərbaycanda, həmçinin, caz, rok, pop kimi müasir musiqi janrlarının inkişaf etdiyini xüsusilə vurğulayıb.

Çıxış zamanı Azərbaycanın Xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Mənsum İbrahimovdan “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnısı səsləndirilib.

Daha sonra Q.Əliyev 1965-ci ildə ekranlaşdırılan Çar hakimiyyətinə qarşı qiyamı əks etdirən “Yenilməz batalyon” filminin musiqisi haqqında məlumat verib və mahnını canlı ifa edib. Onun canlı ifası izləyicilərdə xüsusi maraq oyadıb. Sonda filmdən fraqment səsləndirilib.

Qeyd edək ki, hər iki həmyerlimiz Yaponiyanın Azərbaycandakı Səfirliyində keçirilən imtahanlarda birinci yerə çıxaraq (Əlibəy Məmmədov 2011-ci ildə, Qabil Əliyev 2013-cü ildə), Yaponiya hökumətinin dövlət təqaüdləri hesabına Hokkaydo Universitetində təhsil almağa göndəriliblər.

Onu da əlavə edək ki, ötən il olduğu kimi bu ildə festivalda İndoneziya, Banqladeş və Hindistan təmsilçiləri xüsusi fəallıqları ilə seçiliblər. Sonra çıxışçılar və münsiflər heyəti ilə xatirə şəkli çəkilib.

Ceyhun ABASOV

/////////////////////////////////////////////////////////////////////////////////////////

Qeyd: Bu mətn 525-ci qəzetin 16 Dekabr 2015-ci il sayında nəşr edilmişdir. İstifadə zamanı ilkin mənbəyə (525-ci qəzetə) istinad etmək zəruridir.

http://525.az/site/?name=xeber&news_id=48392

/////////////////////////////////////////////////////////////////////////////////////////

PCS00015
Uyğur türkləri ilə Azərbaycan rəqsi oynayarkən
IMG_1571
2015-ci il Fevral ayında Sapporo Qar Festivalında Azərbaycanın Qız Qalası və milli geyimli həmvətənlərimizin qardan heykəlciklərini hazırlamışdıq.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。