Çuşima döyüşü, Battle of Tsushima, 対馬沖海戦、Цусимское сражение.
Hal-hazırda, tarixi cəhətdən kifayət qədər qiymətli bir yerdəyəm. İstənilən tarixçi üçün maraqlı ola biləcək bir ada. Yaponiyanın Nagasaki prefekturasına aid olan Çushima adası. Gecə Fukuoka şəhəri limanında gəmi ilə (5 saatlıq yol) gəlmişəm. Çox küləkli bir gün idi. Dalğalar güclü idi. Gəmi kifayət qədər silkələnirdi. Amma nədənsə çox yaxşı yata bildim.
Bu adada, Rus-Yapon müharibəsi (1904-1905) zamanı tarixi Çuşima döyüşü olmuşdur. Bu döyüş 1905-ci il May ayının 27-28-də baş verir. Yaponiya ordusu Çar Rusiyasının dəniz donanmasına qəfil güclü hücum çəkərək, məğlub edir. Birtərəfli tam qələbəylə başa vurur döyüşü. Bunun nəticəsində Rusiya və Yaponiya arasında Portsmut müqaviləsi (9 avqust, 1905) imzalanır.
Alibay Mammadov
Tsushima, Japan
27 November, 2015.
WordPress for Android から投稿