Türkiyə qırıcılarının Rusiya təyyarəsini vurması ilə bağlı

Türkiyə qırıcılarının Rusiya təyyarəsini vurması ilə bağlı Azərbaycanda gedən müzakirələr heçdə Rusiya və Türkiyənin özündə gedənlərdən geridə qalmır.
Xoşagəlməz haldı. Rusiya və Türkiyə münasibətlərinə xələl gətirə biləcək riskli bir vəziyyət yaranıb.
Məni maraqlandıran mövzu isə Azərbaycan daxilində bəzi qüvvələrin Rusiyanı, digər qüvvələrin isə Türkiyəni açıq-aşkar şəkildə təndiq etməsidir. Bu qüvvələr arasında bir-birini qorxaqlıqda günahlandıranlar da az deyil.
Adi insanların tənqid etməsində bir problem görmürəm. Amma siyasi elita bir qədər diqqətli davranmalıdır. Həm Rusiya və həm də Türkiyə Azərbaycan üçün kifayət qədər lazımlı müttəfiqlərdir.
Xüsusilə Rusiyanın Cənubi Qafqazda kifayət qədər qüdrətə malik dövlət olduğunu nəzərə alsaq, biz Rusiya tərəfini kəskin şəkildə tənqid etməkdən daşınmalıyıq. Açıq-aşkar şəkildə Rusiyanı dəsləkləyib, Türkiyəni tənqid etməkdən də yan keçməliyik.
Biz bir müstəqil dövlət olaraq, hökmən neytral mövqe nümayiş etdirməliyik.
Rusiyanın regionda geosiyasi gücünü, Türkiyənin beynəlxalq arenada bizə olan dəstəyini hər zaman düzgün qiymətləndirməyə ehtiyac var.
Balanslaşdırılmış siyasət yürüdülməlidir. Ortada bir neçə adamın çıxışını ictimailəşdirmək düzgün deyil.

Əlibəy Məmmədov
Hokkaido Universitetinin doktorantı, Xarici Tələbələr Assosaiyasının prezidenti,
25 Noyabr, 2015-ci il
Fukuoka şəhəri, Yaponiya

WordPress for Android から投稿

カテゴリー 9. All. Hər şey.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close