Azərbaycan Respublikasının Konstitusiya günü アゼルバイジャン共和国憲法記念日

Azərbaycan Respublikasının Konstitusiya günü

本日は、アゼルバイジャン国民の祝日の一つである憲法記念日です。1995年11月12日にアゼルバイジャン共和国の憲法が採択されました。

12 Noyabr Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanın Konstitusiyası 20 il bundan öncə, məhz bugün qəbul edilmişdir. Xalqımızı bugün münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda və xaricdə yaşayan, Azərbaycan Respublikasının adından çıxış edən hər bir şəxsi, hər zaman Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunmuş qanunları düzgün şəkildə icra etməyə, onları pozmamağa çağırıram.

Müstəqilliyimizi əldə etməyimizdən ötən 24 il ərzində Azərbaycan dünyada öz adından kifayət qədər söz etdirə bilmişdir. Bugünümüzdə də bizi tanıyırlar və artıq dünyanın aparıcı dövlətləri belə bir çox vacib məqamlarda dövlətimizlə hesablaşmağa çalışırlar.

Dövlət orqanlarında işləyib-işləməməsindən asılı olmayaraq hər bir şəxs qanunlarımızı ali tutsa, o zaman daha qüdrətli, daha güclü və daha etibarlı dövlət kimi bütün dünyaya səs salarıq. Daha qüdrətli, daha güclü, daha möhtəşəm Azərbaycanımız var olsun! Bunun üçün hər birimiz gecə-gündüz durmadan çalışmalıyıq.

Dərin Hörmətlə,

Əlibəy Məmmədov

Hokkaido Universitetinin doktorantı,

Hokkaido Universiteti Xarici Tələbələr Assosasiyasının Prezidenti

Sapporo, Yaponiya

12 Noyabr 2015-ci il

Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close