Yapon tamaşaçılara Azərbaycan Konstitusiyası barədə məlumat verilib

Yapon tamaşaçılara Azərbaycan Konstitusiyası barədə məlumat verilib
VİDEO

10.11.2015 [11:15]

Tokio, 10 noyabr, AZƏRTAC

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü ilə bağlı xüsusi veriliş yayımlanıb.
Aparıcıların suallarını cavablandıran Hokkaydo Universitetinin doktorantı, Əcnəbi Tələbələr Təşkilatının sədri Əlibəy Məmmədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tam hüquqlu üzvünə çevrilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə qanunun aliliyinə əsaslanan hüquqi dövlətin qurulması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb.
Ə.Məmmədov vurğulayıb ki, bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması olub. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş ilk Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır.
Qeyd edilib ki, Azərbaycan Konstitusiyası ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.
2009-cu ildən başlayaraq noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirən Ə.Məmmədov deyib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Verilişdə xüsusi qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanda qanunun aliliyi, insan hüquq və azadlıqları təmin olunur. Azərbaycanda azad sahibkarlığın inkişafı üçün hüquqi bazanın yaradılması istiqamətində də ardıcıl iş aparılır. Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı xüsusi Fərmanla sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə iki il müddətinə bu sahədə bütün yoxlamaların dayandırıldığı xüsusi vurğulanıb. Qeyd edilib ki, ölkəmizdə yaradılmış münbit şərait əcnəbi investorların, eyni zamanda, yapon iş adamlarının Azərbaycanda öz bizneslərini qurmasına geniş imkanlar açır.
Verilişdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu layihələr barədə də məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda aparılan islahatlar həyatın bütün sahələrini əhatə edib. Azərbaycan Şərq ilə Qərbin qovuşuğunda yerləşir və yapon iş adamları bu əlverişli mövqedən faydalanmağa, birgə layihələrin həyata keçirilməsinə çalışmalıdırlar .

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

image

Əsas mənbə:AZƏRTAC

http://azertag.az/xeber/900542

http://m.azertag.az/xeber/Yapon_tamasachilara_Azerbaycan_Konstitusiyasi_barede_melumat_verilib-900542

Video:

http://video.azertag.az/video/30589

Digər mənbələr:

http://matbuat.az/news/282317/yapon-tamasacilara-azerbaycan-konstitusiyasi-barede-melumat-.html

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。