9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
11月9日は、アゼルバイジャン共和国の国旗の日です。
Today is the National Flag Day of the Republic of Azerbaijan.
1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzası olan qərarda qeyd olunmuşdur:
“Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul edilsin”.
Hər zaman bayrağımızı uca tutaq. Nə qədər ki, bayrağımız var, biz varıq. Biz bayrağımızla yaşarıq.
Yaşadığımız ölkədən, əhatə olunduğumuz mühitdən asılı olmayaraq, hər zaman qürurla bayrağımızı uca tutaq. Hər zaman bununla fəxr edək. Yaxşısıyla pisiylə biz hər birimiz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bir çox millətlərin nümayəndələri məhz bir dövlətin bayrağı altında cəmləşmişlər və onun üçün çalışırlar. İnanın ki, Siz hər biriniz gördüyünüz işlərin nəticələrini hökmən görəcəksiniz. Ona görə bir yerdə durmadan, dayanmadan, daima hərəkətdə olun, öz sağlamlığınızı qorumaq şərtilə, hər zaman öz sərhədlərinizi ötməyə cəhd edin.
Nə qədər Biz varıq bayrağımız var. Nə qədər ki, bayrağımız var biz varıq.
Möhkəm olaq, bir yumruq olaq.
Bayraq günümüz mübarək!
Əlibəy Əlibəyli (Məmmədov)
9 Noyabr 2015
Tokyo