Yaponiya şirkətləri nəyə görə Azərbaycana böyük maraqları olmaqlarına rəğmən bazara çıxış əldə edə bilmirlər? (İkinci hissə) 日本の企業さんはアゼルバイジャンにすごい関心もってるのに、なぜ進出できてないのか?その2.

Yaponiya şirkətləri nəyə görə Azərbaycana böyük maraqları olmaqlarına rəğmən bazara çıxış əldə edə bilmirlər? (İkinci hissə)
Ötən gün bu mövzuda bir status yazdım. Azərbaycan və Yaponiya mühitinə yaxın olan bir çox insanlar tərəfindən bəzi fikirlər səsləndirildi.
Mənim yuxarıda verilən suala cavabım aşağıdakı kimidir:
“Lazımi insan kadrları yetişdirmək də (Yaponiya tərəfi) gecikirlər” idi. Bəzi dostlar “sistem və mühiti” əsas dəlil kimi göstərdilər.
Mən burda “sistem və mühiti” əsas dəlil kimi gətirən insanların doğru olmadığını əsaslandırmağa çalışacam.
Hər bir insan tutduğu mövqesinə və olduğu mühitə, sahib olduğu biliyə uyğun cavablandırmağa çalışır. Bu normaldır. Hər bir insanın öz subyektiv fikrinin olması da normal qarşılanmalıdır. Və bu çox vacib bir haldır. İnsanın öz şəxsi fikrinin, ideyalarının olmaması onun “canlı meyit” olması anlamına gəlməlidir.
Amma əgər publika önündə hər hansısa bir fikir səslənirsə bunu əsaslandırmaq lazımdır. Əgər əsaslandırma yoxdursa bu dünən facebook-da şərhimdə qeyd etdiyimi kimi “subyektiv fikir toplusundan başqa bir şey deyildir”.
Azərbaycana çıxış əldə etmək istəyən Yaponiya tərəfidir. Bunu Azərbaycan tərəfi də xoş qarşılayır və əməkdaşlıqda maraqlıdır.
Sadəcə olaraq əməkdaşlıq deyəndə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Əgər hər hansısa bir yapon şirkəti gəlib Azərbaycanda böyük bir şərab zavoduna deyirsə ki, sizinlə əməkdaşlıq etmək istəyirik, ekslyuziv müqavilə bağlamaq istəyirik, təbii ki, Azərbaycan tərəfi bunda təbii ki, maraqlı olacaq. Amma sözlərinin sonunda 500 ədəd şərab butulkası alacıq bizə eksluziv müqavilə ver deyirsə, burda sistemi və ya mühiti yox yapon şirkətini qınamaq lazımdır. Əgər sənin kifayət qədər gücün yoxdursa, bu malı satacağına inamın yoxdursa, lazımı əlaqələrin yoxdursa, 126 milyonluq əhalisi olan Yaponiyaya 500 ədəd şərab satmaq istəyirsə bu çox gülüncdür. Burda Azərbaycan tərəfini qınamaq çox yersizdir.
Yaponiyada hər hansısa bir dərman şirkətinə gedib desən ki, “sizin dərmanlardan 1000 dənə alıb Azərbaycana satmaq istəyirik”, onlar heç qapıdan içəri buraxmazlar insanı.
Bu biznesin qayda-qanunlarıdır. Bu asan deyil. Kifayət qədər gücün olmalıdır ki, bu işləri görə biləsən. Oturub-durub dövləti, mühiti, sistemi tənqid etmək mənasızdır və bunun heç bir köməyi olmayacaqdır.
Və ya hər hansısa bir yapon şirkəti, burda zavodda 5-10 manata hazırlatdığı kosmetikasını Azərbaycan bazarında 100 manatdan baha satıb gəlir əldə etmək istəyirsə, bu da gülüncdür. Burda da dövləti, mühiti, sistemi qınamaq yersizdir. Burda qınanılmalı olan yapon şirkətidir. Çünki düzgün strategiya qura bilməyib, elə bilirki, Azərbaycanda hər kəs varlıdır və bunun mallarını alacaqlar. Azərbaycana Fransadan və digər ölkələrdən, o cümlədən Yaponiyadan da brend mallar daxil olur. Yerli insanlar da kifayət qədər savad formalaşmışdır ki, seçə bilsinlər nə nədir. Hansı mal daha keyfiyyətlidir və bu qiyməti ödəmək olar ya yox?!
Orta təbəqədə 200-500 AZN arasında dəyişir maaşlar, səhv etmirəmsə. Ölkənin əsas təbəqəsini məhz gəliri o qədər də yüksək olmayan insanlar təşkil edir. Yaponiyada isə orta gəlir 1100-1200 dollardan başlayır.
Yuxarıda konkret iki misal çəkdim. Onu da qeyd edim ki, söhbət kiçik və orta sahibkarlardan gedir.
Yaponiya şirkətləri Azərbaycan bazarında olan qiymətləri nəzərə almadan, kələ-kötür şəkildə Azərbaycana çıxış əldə etmək istəyirlərsə bu heç də onlarda alınmayacaq. Bu tamamilə onların doğru qurulmayan, yalnış düşünülmüş strategiyasının nəticəsidir. Bunları qoyub Azərbaycanda mühiti, sistemi qınamaq qəbuledilməzdir.
Ona görə də mən yapon şirkətlərinin Azərbaycan bazarına çıxa bilməməsində mühiti və sistemi əsas maneə kimi göstərən insanların fikirlərinin doğru olmadığını düşünürəm.
Sonda onu da qeyd edim ki, bunlar tamamilə mənim düşüncələrimdir. Əgər kimsə bunun əksini göstərib, mənim fikirlərimi tənqid etmək istəsə mən çox şad olardım. Qarşılıqlı fikirlər səslənirsə, müzakirələr davam etdirilirsə bu artıq inkişafın bir közərtisi deməkdir.

Alibay Alibayli (Mammadov)

8 Noyabr 2015

Tokyo

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close