Bayağı (əhəmiyyətsiz) tənqid haqqında Demək istədiyi və deməli olduğu sözlərin sərhəddini anlamaq. 言いたいことと言うべきことの境界線について

Bayağı (əhəmiyyətsiz) tənqid haqqında
Demək istədiyi və deməli olduğu sözlərin sərhəddini anlamaq.

Salam dostlar. Əlibəy Əlibəyli (Məmmədov) – dir. Bu dəfə bayağı tənqid haqqında yazmaq istəyirəm.
İnsanlar dedi-qodunu sevdikləri kimi tənqid etməyi də sevirlər. Özüdə ən kəskin formasını sevirlər. Hər hansısa bir şəxs haqqında “qiybət qırmaq” və ya hər hansısa bir insanı tənqid etmək çox asandır. Və əksər insanlara bu həzz verir. Sevə-sevə bu “iş”-lə məşğul olurlar.

Ancaq bu insanların əksəriyyəti özləri haqqında gedən tənqidə qarşı heç də güclü olmurlar. Dözüm nümayiş etdirə bilmirlər. Bunu anlamaq çox asandır.

Mən sağlam tənqidin tərəfdarıyam amma bayağı tənqidə qarşıyam. Bayağı tənqidi tamamilə rədd edirəm. Bunu məntiqsiz, mənasız hesab edirəm. Bunun heç nəyə yaxşı təsiri ola bilməz. Olmayacaqda. Bunu hər kəs bacara bilər. Adi vətəndaşdan tutmuş rəhbər şəxsə kimi bunu hər kəs dilə gətirə bilər.
Amma elə insanlar (mən onları “seçilmişlər”, “xüsusi insanlar” adlandırardım) var ki, onlar hər zaman danışmazdan, fikir söyləməzdən öncə bir anlıq düşünürlər. Demək istədiyi və deməli olduğu sözlərin sərhəddini anlayırlar. Elə onların dahiliyi də bundadır. İçindən bir şey demək istəyir amma ağlı onları düşünməyə, sakitləşməyə və soyuq beyinlə qərar verməyə, hər hansısa bir fikir söyləməyə səsləyir. Məhz bu xüsusiyyət onları başqalarından fərqləndirir. Məhz bu xususiyyət onları bir şəxs kimi yetişdirir, formalaşdırır.
Bu çox asan görünsə də, kifayət qədər çətin bir işdir. Bunu hər kəs bacara bilməz.

WordPress for Android から投稿

カテゴリー 9. All. Hər şey.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close