Nobel Mükafatlı Akira Suzuki ilə görüş 2010年ノーベル科学賞受賞の鈴木章先生に会いました

2010-cu ildə Kimya üzrə Nobel mükafatı almış, Hokkaido Universitetinin fəxri professoru Akira Suzuki ilə görüşmək nəsibim oldu. Gənclərin elmə olan maraqlarının artırılması və digər mövzularda dərin fikir mübadiləsi apardıq. Akira Suzuki mənim də magistr dərəcəmi aldığım Hokkaido Universitetinin fəxridir. Bu şəxs 1930-cu ildə Hokkaidonun Mukavare şəhərində anadan olub. 1960-cı ildə universitetinin doktorantura pilləsini bitirib. Uzun illər Hokkaido Universitetində professor vəzifəsində işlədikdən sonra 1994-cü ildə fəxri professor olaraq təqaüdə çıxmışdır. Çoxsaylı mükafatların sahibidir.

Nobel Mükafatlı Cənab Akira Suzuki və mən
Nobel Mükafatlı Cənab Akira Suzuki və Əlibəy Məmmədov

2015-ci il Oktyabr ayının 11-də Hokkaido Universitetində TEDx HokkaidoU 2015 keçirildi. Bir-birindən gözəl çıxışların şahidi oldum. Ən sonda çıxış edən Suzuki müəllim öz həyat təcrübəsindən, elm yolundan və Nobel mükafatı alması və buna qədər olan mərhələlərdən söhbət açdı. Qısacası hər kəsi elmə dəvət edirdi. Çox mükəmməl yollarla. Mən bu şəxsə heyran qaldım. Çıxışlar bitəndən sonra şam yeməyi mərasimi təşkil edildi. Burada Suzuki müəllimlə danışmaq nəsibim oldu. Mən yaponca suallar versəm də, nədənsə ingilis dilində cavablar alırdım. Bu da özü özlüyündə maraqlı bir hadisə idi. Mənim özüm şəxsən Nobel mükafatında gözüm olmasa da heç olmasa Birləşmiş Millətlər Təşkilatının Sülh mükafatı almaq arzusu ürəyimdən keçdi. Əla gecə idi. Sonda Cənab Akira Suzuki mənə öz yolumda uğurlar arzu etdi. Mən də öz növbəmdə Cənab Suzukiyə möhkəm can-sağlığı arzulamaqla yanaşı, bugünə kimi elm yolunda etdiyi bütün işlərə görə dərin minnətdarlığımı bildirdim.

Əlibəy Məmmədov

14 Oktyabr 2015-ci il

Rusutsu, Hokkaido, Yaponiya

#alibay #alibaymammadov #アリベイ #アリベイマムマドフ #アリベイ・マムマドフ #alibay mammadov #Azerbaijan #AzerbaijanRepublic #Japan #Tokyo #Tokio #Hokkaido #Hokkaido University #HokkaidoUniversity #HUISA #北海道大学 #北海道留学生協議会

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close