Yaponiyada təhsil alan azərbaycanlı tələbə Qaçqınkomda

Qeyd: Bu məqalə 23 Sentyabr 2015-ci ildə, AZƏRTAC-ın rəsmi internet səhifəsinə yerləşdirilmişdir. Əlibəy Əlibəyli bu bloqa sadəcə olaraq bir neçə şəkil əlavə etmişdir.

//////////////////////////////////////////////////////////////////////////////////////////

Bakı, 23 sentyabr, AZƏRTAC

“Yaponiyada təhsil alan azərbaycanlı tələbə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub”

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov sentyabrın 22-də Yaponiyada təhsil alan və eyni zamanda, Hokkaido Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovla görüşüblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumatların beynəlxalq aləmdə daha da geniş təbliği üçün ətraflı məlumatın verilməsinə ehtiyac duyduğunu bildirən Ə. Məmmədov ilə geniş fikir mübadiləsi aparılıb.

image
Şəkilin müəlliflik hüququ Qaçqınkoma məxsusdur

Qeyd olunub ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

image
Şəkilin müəliflik hüququ Əlibəy Əlibəyli (Məmmədov)-yə məxsusdur.

Həmçinin bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb.

Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
image

image
Şəkilin müəliflik hüququ Əlibəy Əlibəyli (Məmmədov)-yə məxsusdur.

Görüşdə, eyni zamanda, diqqətə çatdırılıb ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 90 müasir qəsəbə salınıb. 230 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Eyni zamanda, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.

image

Ətraflı məlumata görə minnətdarlığını bildirən azərbaycanlı tələbə Ə.Məmmədov bildirib ki, Azərbaycana gələrkən məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. O, həmçinin qeyd edib ki, əsas məqsədi münaqişə haqqında həqiqətlərin Yaponiyada daha geniş şəkildə yayılmasıdır.

Sonda Ə.Məmmədovu maraqlandıran suallar cavablandırılıb və ona “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
//////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Qeyd: Bu məqalə 23 Sentyabr 2015-ci ildə, AZƏRTAC-ın rəsmi internet səhifəsinə yerləşdirilmişdir.

http://azertag.az/xeber/887108

http://m.azertag.az/xeber/Yaponiyada_tehsil_alan_azerbaycanli_telebe_Qachqinlarin_ve_Mecburi_Kochkunlerin_Isleri_uzre_Dovlet_Komitesinde_olub-887108

http://www.refugees-idps-committee.gov.az/en/news/413.html

http://www.refugees-idps-committee.gov.az/en/news/413.html

#alibay #alibaymammadov #アリベイ #アリベイマムマドフ #Alibay Mammadov #Azerbaijan #NagornoKarabakh #HokkaidoUniversity #Sapporo #AzerbaijanRepublic #アゼルバイジャン #アゼルバイジャン共和国 #Hokkaido #強制移住者 #IDPs #Dagliq Qarabag #Qachkinkom #Mecburi Kochkunler #alibay mammadov #Baku #バクー

カテゴリー 3. Təhsil (Education)6. DiasporaTedqiqat (Research)

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close