アゼルバイジャン副首相、札幌の富士メガネ訪問 難民支援に謝意 Baş Nazirin müavini Cənab Əli Həsənov Yaponiyaya işgüzar səfərdə

Baş Nazirin müavini Cənab Əli Həsənov Yaponiyaya işgüzar səfərdə

Yaponiya mediasında yayılan xəbərlərə görə, 2015-ci il Avqust ayının 29-da Azərbaycan Respublikasının Baş Nazirin müavini Cənab Əli Həsənov Yaponiyaya işgüzar səfəri çərçivəsində, Sapporo şəhərinə təşrif buyuraraq, 10 ildən artıqdır ki, Azərbaycanlı məcburi köçkünlərə pulsuz eynək paylamaqda davam edən Fuji Optikal Şirkətinin Sapporo  şəhərindəki Baş Ofisində, şirkətin rəhbəri Cənab Akio Kanai ilə görüşmüş və minnətdarlığını ifadə etmişdir.

Qeyd edim ki, Fuji Optikal Şirkəti ilə Azərbaycanı dərin bağlar bir-birinə bağlayır. Şirkət  Azərbaycanlı Məcburi Köçkünlərin məskunlaşdığı rayon və şəhərlərin demək olar ki, hər birində olmuş, onların gözlərini müayinə etmiş və bu müayinələrin nəticələrinə uyğun olaraq hər birinə eynəklər paylanılmışdır. Uyğun eynəklər olmadığında isə ölçüləri götürüb Yaponiyada xüsusi hazırlanması üçün sifariş verilmişdir. Əlbəttə ki, bütün bunlar təmənnasız həyata keçirilmişdir.

Baş Nazirin müavini Cənab Əli Həsənov və Fuji Optikal Şirkətinin Prezidenti Akio Kanai. Tərcümə mənə tapşırılmışdı.
Baş Nazirin müavini Cənab Əli Həsənov və Fuji Optikal Şirkətinin Prezidenti Akio Kanai. Tərcümə mənə tapşırılmışdı. 2012-ci il, İyun ayı.

Hər dəfə məşğul iş qrafikinə rəğmən, Baş Nazirin müavini Cənab Əli Həsənov vaxt taparaq Yaponiyadan təşrif buyurmuş qonaqları hörmətlə qəbul edir, onlardan misiyanın məruzəsini dinləyir. Bu bir tendensiya halını almışdır. Mütəmadi olaraq bu görüşlər haqqında Azərbaycanın mediası hər zaman geniş reportajlar hazırlayır. Regionlarda isə yerli kanallar birbaşa çəkilişlər aparırlar.

Azərbaycana ezam olunan Yaponiyalı səfirlər də mütəmadi olaraq bu misiyanı baş çəkirlər.

Fuji Optikal Şirkətinə bu işi daha uğurla həyata keçirmək üçün UNHCR Bakı ofisi və Qaçqınkom çox böyük yardım göstərirlər.

Mən özüm dəfələrlə bu misiyalarda çox yaxından iştirak etmişəm və çox gözəl bilirəm ki, bu iki şəxs arasında möhkəm inam hissi vardır və bir-birinə qarşı olan hörmət hissi çox yüksək səviyyədədir. Bunu mən kimsədən eşitməmişəm, birbaşa işin içində olduğum üçün dəqiq bilirəm.

Nəhayət bugün də gəlib çıxdı. Cənab Əli Həsənov özü şəxsən Sapporo şəhərini ziyarət edərək, Akio Kanai ilə görüşdü.

Mən Fuji Optikal Şirkəti ilə regionlarımıza səfərlər etmiş, Qəbələdə, Oğuzda, Sumqayıtda, Mingəçevirdə, Goranboyda, Gəncədə, Ağdamda, Bərdədə və digər bir çox rayon və şəhərlərimizdə məcburi köçkünlər və qaçqınlar üçün nəzərdə tutulmuş misiyanın birbaşa iştirakçısı olmuşam.

Fuji Optikal Şirkəti yalnız Azərbaycanda deyil, digər bir neçə ölkələrdə olan qaçqın və məcburi köçkünlərə də yardım etmiş və bu fəaliyyətini hazırda davam etdirməkdədir.

Ümid edirəm ki, Fuji Optikal Şirkəti ilə Azərbaycanı bağlayan bağlar uzun ömürlü və möhkəm olacaq.

Qeyd edim ki, şirkət bu fəaliyyətinə 1983-cü ildən başlamışdır.

富士メガネアゼルバイジャンミッション 富士メガネアゼルバイジャンミッション1

Əlibəy Məmmədov

1 Sentyabr 2015

Yaponiya

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close