Tənqidi təhriqlə səhv salırıq?!

“Cəmiyyətimizdə olan problemlər barədə” və ya “Yaponiyada təhsil mənə nəyi öyrətdi”. “Açıq, dürüst tənqidə hazır olmamaq haqqında”.
Yaponiyada aldığım təhsil mənə istənilən doğru tənqidə qarşı dözümlü olub, onu soyuqqanlı şəkildə qəbul etməyi öyrətdi. Boynuma alıram ki, Yaponiyaya təhsil almağa gəlməzdən öncə bir qədər emosional qarşılayardım tənqidi. Çünki Bakıdakı təhsilimdə mənə bunu öyrətməmişdilər.   Ümumiyyətlə bu bizim təhsil sistemimizin ən ağrılı yerlərindən biridir və bu sahədə ciddi islahatlara lüzum var.
Əlbəttə eyibsiz, nöqsansız insan yoxdur. Təbii ki, əgər sən adi insansan sa başqa məsələ. Amma əgər müəyyən kütlə içərisində müəyyən qədər nəzarətə, informasiya vermək gücünə maliksənsə o zaman gərək başqalarını dinləməyi də bacarasan. Başqalarını dinləyə bilməmək bacarığı daha bir problem.
Digər bir məsələ, mövzunu, məsələ ətrafında lazım olan qədər savada malik olmaya-olmaya, başdan-ayağa qüsur içində “hayasızcasına”, doğru, məntiqli tərəfə hücum etmək, “Sizə dəxli yoxdur” “Sizin kimilər belə ….”və s kimi ifadələr səsləndirmək.
Daha çox öyrənmək və çalışmaq lazımdır, əzizlərim. Bir-iki kitab oxuyub yerindən hoppanmaq doğru deyil. Sən kimsən, kim olmusan, qarşında danışdığın insan kimidir?! Bu məsələləri çox ciddi qəbul edib, dərindən düşünmək lazımdır.
Əslində çox yaza bilərəm, amma hələlik bu qədər.
Təhsil sistemimiz gərək şagirdlərə hələ məktəb vaxtlarından 1. Açıq tənqidə açıq olmağı və onu soyuqqanlılıqla qəbul edib nəticə çıxartmağı, 2. Başqalarını dinləmək bacarığını, 3. Bilmədiyi mövzuda susub qulaq asmağı öyrətsin.

(26 Yanvar, 2015-ci il, Rəsmi Facebook akauntumdan)

カテゴリー 4. Cəmiyyət (Society)

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close