“Odlar Yurdundan Qarlar Ölkəsinə” Yaponiyanın Hokkaydo Universitetinin Jurnalında Azərbaycanla bağlı məqaləm.

Təhsil aldığım Yaponiyanın 5 ən güclü universitetindən biri olan Hokkaido Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin nəşri olan “Hokkaido Universitety Magazine” (ingilis dilində jurnal)-də Azərbaycanla bağlı iki səhifəli məqaləm çap olundu. Bu Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) işıqlandırılb. AZƏRTACın məqaləsini olduğu kimi təqdim edirəm.

alibay qarlarqarlar alibay

~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~ =~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~
Tokio, 24 fevral, AZƏRTAC

Yaponiyanın “Hokkaydo Universiteti” jurnalında azərbaycanlı magistr Əlibəy Məmmədovun “Odlar Yurdundan qarlar ölkəsinə” adlı məqaləsi dərc olunub.

Universitetin Əcnəbi Tələbələr Assosiasiyasının sədri olan həmvətənimiz məqalədə Azərbaycan, onun coğrafi mövqeyi, paytaxt Bakı şəhəri, müstəqilliyin bərpa olunması tarixi, qədim və zəngin mədəniyyətimiz barədə yapon oxuculara ətraflı məlumat verir. Bildirir ki, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycan opera və teatr sənətinin yarandığı ilk müsəlman ölkəsidir. Zəngin neft və qaz yataqları kimi təbii sərvətlərə malik olan Azərbaycan həm də Odlar Yurdu kimi tanınır.

Ə.Məmmədov hələ orta məktəbdə oxuduğu illərdə möcüzələr ölkəsi Yaponiyanın onda böyük maraq yaratdığını yazır. Bildirir ki, Yaponiya tarixini öyrənərkən yaponların da Azərbaycan xalqı kimi qonşuları tərəfindən ərazilərinin işğalı faktı ilə qarşılaşması onun bu ölkəyə marağını daha da artırıb. Məhz həmin ərazi mübahisəsinin səbəblərini araşdırmaq üçün o, Yaponiyaya gəlmək qərarını qəbul edib. Yaponiyanın Azərbaycandakı səfirliyində imtahandan müvəffəqiyyətlə keçdikdən sonra təhsilini davam etdirmək üçün Hokkaydo Universitetini seçib.

Məqalədə Tokionu Bakı ilə müqayisə edən Ə.Məmmədov bu iki şəhər arasında oxşar cəhətlərin çox olduğunu qeyd edir. Bildirir ki, Tokio da Bakı kimi dənizin sahilində yerləşir. Burada da həm tarixi tikililər, həm də müasir üslubda inşa olunmuş binalar göz oxşayır. Tokionun havası da Bakını xatırladır, qış fəslində burada da cəmi bir, ya iki dəfə qar yağır. Amma Tokiodan fərqli olaraq Hokkaydo Universitetinin yerləşdiyi Sapporo əsl qış şəhəridir. Burada qışda qar həddindən artıq çox olur və hər il təşkil edilən Qar fiqurları festivalını yüz minlərlə insan ziyarət edir.

Sapporoda təhsil aldığı müddətdə özünə çoxlu dost tapdığını vurğulayan Ə.Məmmədov yerli sakinlərin də əcnəbilərə xüsusi hörmətlə yanaşdığını, Yaponiyanın təhsil almaq üçün çox gözəl ölkə olduğunu qeyd edir. Son illər burada azərbaycanlı tələbələrin sayının sürətlə artdığını diqqətə çatdıran müəllif əmin olduğunu bildirir ki, bu, iki qədim xalq arasında əlaqələrin genişlənməsinə, Azərbaycanın Yaponiyada, Gündoğar ölkənin isə Odlar Yurdunda daha yaxından tanınmasına mühüm töhfələr verəcək.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~

http://azertag.az/xeber/834397

Vacib qeyd: Məlumatdan istifadə zamanı hökmən AzərTAc-a istinad olunmalıdır.

カテゴリー 3. Təhsil (Education)6. Diaspora

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close