Bir yerdə ki, dəyərli və vacib tövsiyə verdikdə, onun cavabında “təşəkkür edirik, bir daha eyni yalnışlığı etməyəcəyik”, “minnətdarıq, çalışacıq bir də olmasın” “qanun pozuntusuna bir daha yol verməyəcəyimiz üçün əlimizdən gələni edəcək” və s deyil, əvəzində tövsiyələri “alçaldıcı, təhqiramiz, kinayəli şərh”, dürüst tənqidi “təhqirlə” səhv salırlarsa, o zaman içimdən bir satiralı gülüş gəlir. Həm halına acıyıram, həm də elə şəxsin səviyyəsi, “akademizmi” budur deyirəm.
Üstəlik, açıq aşkar qanun pozuntusunu kobudcasına pozub, “artistcəsinə” özünü hər vəcdlə müdafiə etmək qətiyyən doğru deyil. Bunun həlli çox sadədir. Üzr istəyib, səhvini boynuna almaq. Əks halda məsələ çox böyüyür və sonra çox böyük itkilərlə üzləşirsən. O zaman dizinə-dizinə döysən belə heç kim köməyinə çatmır. Bax bunları lazımincə düşünmək gərəkir. Mənim özümdə də eqozim var, amma bu mənə dəyərli tövsiyələrə qulaq asıb, onlardan nəticə çıxartmağa qətiyyən mane olmur.
Amma hər hansısa şəxsdə bu eqoizm, içindəki qəzəb, kin-küdurət ifrat dərəcədə yüksək səviyyədədirsə, o şəxsdən sadəcə uzaq olmaq gərəkir. Nə qədər yardım etmək, tövsiyə vermək istəsən də puça çıxacaq. Çünki bu adam(lar) burunlarının ucundan uzağı görə bilməyən, həddindən artıq cəmiyyət çərçivəsində etik normalar baxımından aşağı səviyyəli insan(lar)dır.
(27 Yanvar, 2015-ci il. Rəsmi Facebook akauntumdan)