Tədqiqatçı tələbə və Magistrant kimi 3 il təhsil aldığım Yaponiyanın Hokkaido Universitetinin düşərgəsi yaşıllıqlarla zəngindir. Deyilənə görə hətta 100 il bundan əvvəl bu ərazilərə ayılar da gəlirmiş. Sonrada insanlar buralara yerləşdikcə, şəhərləşmə getdikcə ayılar kənar dağlara çəkiliblər. Amma indinin özündə də şəhərin ən mərkəzi hissələrində, parklarında belə tülkülərə rast gəlmək adi haldır. Bizdə yollarda it-pişik gəzən kimi. Özü də bu tülkülər insanlardan qorxmurlar.
Bu dəfə Hokkaido Universitetinin düşərgəsində olan kiçicik gölməçə haqqında yazmaq istəyirəm.
Sapporo şəhərinə gəldiyim ilkin dövrlərdə xüsusilə tez-tez gəldiyim bir məkandır. Hokkaido Universitetinin Mərkəzi Yeməkxanasının yanında yerləşir. Bura dostlarımla da az gəlməmişəm. Bura ilə bağlı bir çox xatirələrim var. Bu daxil olmaq, ətrafında olan skamyalarda oturmaq sadəcə olaraq Aprel ayının sonlarından Noyabr ayına kimi mümkündür. Noyabr ayından Aprel ayına kimi bu yerlər qarla dolu olur və gölməçədən əsər-əlamət qalmır. Aprel və May ayının əvvələri hələ biraz qar qaldığından və soyuq olduğundan o qədər də adam olmur. Oktyabr ayı da soyuq keçir. Daha çox İyun, İyul, Avqust aylarında bura yığışırlar.
Buranın sakinləri çox gözəl ördəklərdir. Təxminən 12 ördək burada daim yaşayır. O qədər gözəl görünüşləri var ki, baxdıqca baxaq istəyirsən.
Ardını yazacam