Ayrı-ayrı şəxslərin şəxsi həyatlarını ictimailəşdirmələr haqqında

Bu haqda yazmaq istəmirdim amma yazmasam da olmur.

Son günlər Azərbaycanda ziyalı ailəsinin övladına qarşı başladılmış qara, çirkabla dolu anti-reklamı qətiyyətlə pisləyirəm.

Hər hansısa bir qızın gecə çöldə olmağı, kiminsə maşınına minməyi, geyimi və s görə qınamaq, onun haqqında nalayiq sözlər demək, ifadələr işlətmək qətiyyən doğru deyil. Məsələnin məğzini bilmədən, ayrı-ayrı insanlara böhtan atmaq, onları məzkərəyə qoymaq heçdə hörmətə layiq addım deyil.

Öz ətrafınıza baxın. Məgər bu qədər mi ideal, mükəmməl ailəniz var? Məgər sizin qızınız və ya qohum-əqrabanızda olan qızlar bu qədər ədəb-ərkanlıdılar ki, Azərbaycanda təhsilin canlanmasında böyük rolu olan bir universitetin rəhbərinin və onun qızının adına ləkə yaxmağa çalışırsınız?

Məncə öz ətrafınızı yaxşı dərk etsəniz başqaları haqqında bu qədər “pafostlu” çıxışlar etməkdən utanarsınız.

Ailədə, bacı-qardaş arasında, dostlar arasında söz-söhbət də olur, bəzən bir-birilərinə əl qaldırmaq da olur. Təbii ki, mən buna haqq qazandırmıram. Amma hər birimiz insanıq. Əsəbləşə bəzən özümüz belə istəmədən sevdiyimiz bir şəxsin və ya hörmət etdiyimiz birinin xətrinə dəyə bilərik, bəzən əl qaldıra da bilərik. Amma buna görə peşman olub, üzrxahlıq istəməyi də bilərik.

Lakin, qıraqdan kimlərinsə belə məsələlərə qarışması qətiyyən yolverilməzdir. Buna cəhd edənlər, bu yolla özlərini reklam etmək istəyənlər, bu yolla hörmətli ailə və ailələrin adına ləkə gətirmək istəyənlər öz əməllərindən utansınlar.

Əlibəy Məmmədov

Sapporo, Yaponiya
18 Mart 2015-ci il

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。